Menyu

Şamaxı və Ağsuda zəlzələ olub - YENİLƏNİB

Operativ Media
Şamaxı və Ağsuda zəlzələ olub - YENİLƏNİB

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı-Ağsu sərhəddi (Ağsu) rayonunda zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 6 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal, ətraf yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub.

09:00

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 07.56-da baş verib. 3,7 maqnitudalı zəlzələ ocağının dərinliyi 9 kilometr olub.

Titrəyişlər episentrdə 4 bala qədər hiss olunub.

Əlaqəli Xəbərlər