Tərtərdə narkotik satışını təşkil edən şəxs saxlanılıb
Operativ Media
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Səxavət Axundov saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
S.Axundovun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilib. Onun üzərindən və yaşadığı ünvandan satış məqsədilə əldə etdiyi, çəkisi 1 kiloqrama yaxın olan marixuana və metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, S.Axundov barəsində həbs qətimkan tədbiri seçilib.