Armen Qriqoriyan: “Hər iki tərəf siyasi iradə göstərməlidir"
Operativ Media

Dohada keçirilən panel müzakirəsində iştirak edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, son 1–2 ildə Ermənistan və Azərbaycan arasında ziddiyyətli narrativlər əhəmiyyətli dərəcədə azalıb və tərəflərin mövqeləri daha çox yaxınlaşıb.
Operativ Media -nın xəbərinə görə, Qriqoriyan bildirib ki, hazırda bəzi məsələlərdə mövqelər tam uyğun gəlməsə də, İrəvan və Bakı əməkdaşlığı gücləndirməyə çalışır:
“Tərəflər əməkdaşlığı möhkəmləndirəcəklər ki, gələcək mümkün qədər yaxşı olsun"
Onun sözlərinə görə, sülh prosesinin irəliləməsi üçün hər iki tərəfdən siyasi iradə vacibdir, beynəlxalq ictimaiyyət isə bu prosesə dəstək göstərə bilər.