Ana səhifə / Dünya / Türkiyədə sərnişin avtobusu yük maşınına çırpılıb: 7 nəfər ölüb, 11 nəfər yaralanıb-YENİLƏNİB Türkiyədə sərnişin avtobusu yük maşınına çırpılıb: 7 nəfər ölüb, 11 nəfər yaralanıb-YENİLƏNİB 06.12.2025, 12:08 Şəfa Hüseynli Osmaniye Qubernatorluğundan verilən açıqlamada qəza nəticəsində avtobusda ölənlərin sayının 7 nəfərə çatdığı bildirilir.Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.Açıqlamada həyatını itirənlərin şəxsiyyətini müəyyənləşdirmə işlərinin davam etdiyi və yolun nəqliyyata bağlandığı qeyd edilib.***11:42Türkiyənin Osmaniye əyalətində sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində 6 nəfər ölüb, 11 nəfər yaralanıb.Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.Qəza nəticəsində sərnişin avtobusunda sıxılmış vəziyyətdə qalanların olduğu bildirilir.Hadisə ilə bağlı araşdırmalar aparılır. Fotogalereya