Pelleqrini: Bratislavadan Bakıya birbaşa uçuşlar müzakirə mövzusudur

Bratislavadan Bakıya birbaşa uçuşlar açıla bilər.
Operativ Media xəbər verir ki, bunu Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatlarında deyib.
Slovakiya Prezidenti bildirib ki, bu məsələ də müzakirə mövzusu olub: “Əminəm ki, cənab Prezidentin ilk rəsmi səfəri bizim əməkdaşlığımızda yeni mərhələnin başlanğıcı olacaq”.
O qeyd edib ki, Slovakiya Qarabağda “ağıllı şəhər” inşa edir:
"Slovakiya şirkəti Qarabağ bölgəsində ağıllı şəhər inşa edir. Eyni zamanda bizim idxal-ixrac bankımız da müxtəlif layihələri maliyyələşdirməyə hazırdır. Şadam ki, Macarıstanın "WizzAir" şirkəti əlaqələrimizi gücləndirir, hətta artıq Bratislavadan Bakıya birbaşa uçuş açıla bilər. Azərbaycan Prezidentinin səfəri münasibətlərimizdə yeni mərhələnin başlanğıcı olacaq".