Hakan Fidan İraq və İordaniyalı həmkarları ilə telefon danışıqları aparıb
Şəfa Hüseynli
Türkiyə xarici işlər naziri Hakan Fidan İraq xarici işlər naziri Fuad Hüseyn və İordaniya xarici işlər naziri Ayman Səfadi ilə telefon danışıqları aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər regionda son hadisələr və gərginliyə səbəb olan məsələlər ətrafında fikir mübadiləsi aparıb.