İtaliyada Rusiyaya üzən gəmi həbs edilib
Operativ Media
İtaliyanın Brindizi limanında Rusiyaya üzən gəmi həbs edilib.
Operativ Media xəbər verir ki, bu barədə gömrük məsələlərini tənzimləyən İtaliya dövlət agentliyi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının rəsmiləri bildiriblər ki, kiçik okean adalarından birinin bayrağı altında üzən gəmi Novorossiyskdən Brindiziyə gəlib və nəqliyyat vasitəsinə 33 min ton qara metal yüklənib.
Gömrük rəsmiləri əlavə ediblər ki, naviqasiya sistemlərində əlavə yoxlamalar aparılacaq.
Açıqlamada qeyd olunub ki, gəmi Novorossiysk limanına çatanda naviqasiya sistemləri geolokasiyadan yayınmaq və səlahiyyətli orqanlar tərəfindən yoxlamalara maneə olmaq məqsədilə işləməyib.