Menyu

İlham Əliyev Slovakiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığın məqsədini açıqlayıb

Operativ Media
İlham Əliyev Slovakiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığın məqsədini açıqlayıb

“Bizim perspektivli əməkdaşlıq sahəmiz müdafiə sənayesi sahəsidir”.

Operativ Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə birgə mətbuata birgə bəyanatlarında deyib.

“Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Bizim üçün müharibələr artıq keçmişdə qalıb. Sadəcə, burada bir sinerjinin yaradılması, Slovakiya texnologiyaları ilə Azərbaycanın maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də bu, texnoloji inkişafın da bir rolu olaraq bizə böyük faydalar verəcək. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq”, - deyə dövlət başçısı bildirib.

Əlaqəli Xəbərlər