Netanyahu: İrandakı hədəflərə tam güclə zərbələr endirməyə davam edirik
Operativ Media
İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin İrana var gücü ilə zərbələr endirməyə davam etdiyini bildirib.
Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.
"Biz İrandakı hədəflərə tam güclə zərbələr endirməyə davam edirik", - Netanyahu qeyd edib.
Onun sözlərinə görə, İsrail hərbçilərinin həyata keçirdiyi son əməliyyatlar zamanı, Hörmüz boğazının bağlanması üzrə hərəkətlərin təşkilində günahlandırdığı SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri öldürülüb.