CENTCOM: İranda 10.000-dən çox hərbi hədəfə zərbə endirdik
Şəfa Hüseynli
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın 10 mindən çox hərbi hədəfinə zərbə endirildiyini bildirib.
Operativ Media xəbər verir ki, bu barədə qurum sosial media hesabında məlumat yayıb.
CENTCOM komandanı admiral Bred Kuper ABŞ qüvvələrinin 10 mindən çox hərbi hədəfə zərbə endirdiyini bildirərək əlavə edib: "Əslində, biz bir neçə saat əvvəl İranın 10 mininci hədəfini vurduq".
Kuper qeyd edib ki, İranın dron və raket buraxılış nisbətləri 90 faizdən çox azalıb ki, bu da "İranın ABŞ qüvvələrinə və regional qonşularına hücum etmək qabiliyyətinin əhəmiyyətli dərəcədə azaldığı" deməkdir.