İrana qarşı adalar qurudan işğal olunarsa, Qırmızı dənizi Ərəbistan dənizi ilə birləşdirən Bab əl-Məndəb boğazı bağlana bilər.
Operativ Media xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
"Bab əl-Məndəb dünyanın ən strateji əhəmiyyətli boğazlarından biridir. İranın ona real təhlükə yaratmaq üçün həm iradəsi, həm də imkanı var". - məlumatda qeyd edilib.
Bab əl-Məndəb boğazı Yəmən və Eritreya arasında yerləşir. Ədən körfəzini Qırmızı dənizlə birləşdirir. Təxminən 115 kilometr uzunluğundadır və orta dərinliyi 150 metrdir. 1869-cu ildən bəri Süveyş kanalının cənub qapısı olub.