Nazir: Neft tankerinin Qara dənizdə dronla vurulduğunu hesab edirik - YENİLƏNİB
Türkiyəyə məxsus "ALTURA" neft tankerinin Qara dənizdə dəniz dronu ilə vurulduğu hesab edilir.
Operativ Media "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
"Gəminin mühərrik bölməsində partlayış baş verib, dəniz dronu ilə vurulduğunu düşünürük. Aidiyyəti qurumlar hadisə yerindədir", - deyə o qeyd edib.
Nazir bildirib ki, Rusiyada xam neft yükləmiş, xarici bayraq altında üzən gəminin heyətinin türk olduğu bilinir.
***
09:47
İstanbulda yerləşən "Pergamon Shipping" şirkətinə məxsus "ALTURA" xam neft tankeri bu gecə Bosfor boğazından 14 mil aralıda dron və PUA hücumuna məruz qalıb.
Operativ Media xəbər verir ki, bu barədə "Cumhuriyyet" qəzeti məlumat yayıb.
Tankerdə 140 min ton (1 milyon barel) neftin olduğu bildirilib.
Gəmidə 27 nəfər heyət üzvünün olduğu qeyd edilib.