Menyu

Mark Rütte: Bu gün NATO həmişə olduğundan daha güclüdür

Operativ Media
Mark Rütte: Bu gün NATO həmişə olduğundan daha güclüdür

Çin, İran, Şimali Koreya və Belarusun dəstəklədiyi Rusiya Federasiyasının Ukraynaya qarşı davam edən təcavüzü və 2025-ci il üçün təhdidlərin ümumi qiymətləndirilməsi NATO-nun müdafiəsinin daha da gücləndirilməsi zərurətini açıq şəkildə göstərdi.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının Baş katibi Mark Rütte bildirib.

"Biz müdafiə investisiyaları sahəsində əhəmiyyətli irəliləyiş əldə etmişik və bu gün NATO həmişə olduğundan daha güclüdür. 2025-ci ildə bütün alyans ölkələri ilk dəfə olaraq 2014-cü ildə razılaşdırılmış hədəfə - müdafiəyə öz ÜDM-lərinin ən azı 2 %-i qədər sərmayə qoymaq hədəfinə çatdılar. Bir çoxları isə daha da irəli getdi", - o vurğulayıb.

İspaniyanın alyansın son sammitinin qərarını dəstəkləməkdən imtina etməsi ilə bağlı sualı cavablandırarkən Rütte Madridin əldə etdiyi nəticələri alqışladığını bildirib. Əgər əvvəllər İspaniyanın müdafiə xərcləri ÜDM-in təxminən 1,4 %-i səviyyəsində idisə, 2025-ci ildə bu rəqəm 2 %-ə çatdırılıb. Rüttenin sözlərinə görə, bir neçə Aİ ölkəsinin birlikdə götürülmüş iqtisadiyyatından daha böyük olan ölkə iqtisadiyyatının həcmi nəzərə alındıqda bu, "milyardlarla və milyardlarla" avro deməkdir. "Odur ki, baxarıq", - baş katib bildirib.

Xatırladaq ki, İspaniyanın Baş naziri Pedro Sançes daha əvvəl NATO ölkələrinin müdafiə xərclərinin ÜDM-in 5 %-nə qədər artırılmasına qarşı çıxış etmişdi. İspaniya hökumətinin başçısı Avropanın 2035-ci ilə qədər "təpədən dırnağa qədər silahlanmış" vəziyyətdə olmaması, əksinə, beynəlxalq hüququn qarantına çevrilməsi istiqamətində işləməyə çağırıb.

Əlaqəli Xəbərlər