Menyu

Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək

Operativ Media
Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək

Aprelin 2-5-i aralığında kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək.

Operativ Media xəbər verir ki. yarış ​Azərbaycan Kamandan Oxatma Federasiyası və Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.

​Azərbaycan İdman Akademiyasının stadionunda təşkil olunacaq turnirin proqramına əsasən, aprelin 2-də idmançıların rəsmi sınaq atışları və məşqləri olacaq, aprelin 3-ü və 4-də isə əsas yarışlar gerçəkləşəcək.

Bakı Kubokunun qalibləri aprelin 5-də müəyyənləşəcək. ​U-15 kateqoriyalı idmançılar 40 metr, böyüklər isə 70 metr məsafədə hədəfi dəqiqliklə vurmaq üçün bacarıqlarını göstərəcəklər.

Olimpiya sistemi ilə hesablanacaq nəticələrə əsasən, fəxri kürsüdə yer alan idmançılar Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom və medallarla təltif olunacaqlar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər