İsrailin Qəzzaya hücumları nəticəsində didərgin düşmüş fələstinlilərin çadırları su altında qalıb
Operativ Media
İsrailin iki ildən çox davam edən hücumları zamanı evlərini itirən Qəzza zolağında yaşayan fələstinlilərin çadırları şiddətli yağışlar səbəbindən su altında qalıb.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
İsrail hücumları nəticəsində infrastrukturun tamamilə dağıldığı Qəzzada bir çox çadır su altında qalıb və torpaq yollarda palçıq yığılıb.
Qeyd edək ki, 1,5 milyondan çox fələstinli evini itirib.