Hindistan və ABŞ birgə silah istehsalı və inkişafını müzakirə edib
Şəfa Hüseynli
Hindistan və ABŞ birgə silah inkişafı və istehsalı məsələlərini müzakirə edib və iki ölkə arasında perspektivli müdafiə müqavilələrini araşdırıblar.
Operativ Media xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi Yeni Dehlidə keçirilən ikitərəfli Müdafiə Siyasəti Qrupunun 18-ci iclasından sonra bildirib.
Görüşdə müzakirə olunan məsələlər arasında Hindistan Silahlı Qüvvələrinə Amerikanın "Excalibur" dəqiq idarə olunan artilleriya sursatlarının tədarükü və ABŞ-dən təcili olaraq "Javelin" tank əleyhinə raketlərinin alınması ehtimalı da yer alıb.
Tərəflər həmçinin Nyu-Dehlinin altı Amerika P-8I sualtı qayıq əleyhinə təyyarəsi alması ilə bağlı qarşıdan gələn razılaşmanı da müzakirə ediblər.