Yaponiya məktəblərində 600-dən çox şagird və müəllim zəhərlənib
Şəfa Hüseynli
Yaponiyanın Osaka prefekturasındakı bir neçə məktəbdə 600-dən çox şagird və müəllim qidadan zəhərlənib.
Operativ Media xəbər verir ki, bu barədə "Xinhua" məlumat yayıb.
Kumatoridəki səkkiz ibtidai və orta məktəbdə şagirdlər ürəkbulanma, ishal və qusma halları ilə qarşılaşıblar.
Məlumata görə, zəhərlənənlərin sayı 633-ə çatıb.
Yerli səhiyyə mərkəzi bəzi şagirdlərdə norovirus aşkarlayıb. Eyni virus məktəb naharları üçün çörək tədarük edən bir şirkətin işçilərində də aşkar edilib. Buna əsaslanaraq, rəsmilər zəhərlənmənin məktəb naharlarında verilən çörəklə əlaqəli olduğu qənaətinə gəliblər. Nəticədə, istehsal şirkəti beş gün müddətinə dayandırılıb.