Menyu

MN: “EFES - 2026” təlimində tapşırıqlar uğurla icra olunub

Şəfa Hüseynli
MN: “EFES - 2026” təlimində tapşırıqlar uğurla icra olunub

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə Türkiyədə keçirilən “EFES - 2026” çoxmillətli təlimində növbəti tapşırıqlar uğurla icra olunub.

Operativ Media-ya bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimin planına uyğun olaraq, Azərbaycan, Türkiyə və Macarıstanlı hərbçilər tərəfindən paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar praktiki yerinə yetirilib.

Müxtəlif yüksəkliklərdən paraşüt tullanışları zamanı iştirakçı ölkələrin və “EFES-2026” təliminin bayrağı daxil olmaqla ümumilikdə 53 bayraq Türkiyə səmasında dalğalandırılıb.

Qeyd edək ki, hərbi qulluqçularımız digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər