Andrea Pirlo İtaliya milli komandasının yeni baş məşqçisi ola bilər
İtaliya yığmasının sükanı arxasına Andrea Pirlonun gətiriləcəyi gözlənilir.
Operativ Media xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Xəbərə görə, 47 yaşlı mütəxəssislə 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanacaq. Pirlo bu postda illik 1,5 milyon avro məvacib alacaq. Təyinatın yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.
Nəşr bildirir ki, Xosep Qvardiolanın təklifdən imtina etməsindən sonra İtaliya Futbol Federasiyası üçün əsas namizəd məhz Pirlo olub. 2025-ci ildən "Dubay Yunayted"i çalışdıran mütəxəssis əvvəllər "Yuventus", "Fatih Karagümrük" və "Sampdoriya" klublarına rəhbərlik edib.
Qeyd olunub ki, İtaliya milli komandasının 2026-cı il dünya çempionatının yekun mərhələsinə vəsiqə qazana bilməməsindən sonra baş məşqçi Cennaro Qattuzo vəzifəsindən istefa verib.