Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir
2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi.
Operativ Media-ya bu sözləri deputat, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.
Bununla regionda uzun illər davam etmiş işğal üzərindəki status-kvo aradan qalxdı və tamamilə yeni siyasi-hüquqi reallıq formalaşdı.
Ötən il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitində isə hərbi müstəvidə de-fakto əldə olunanlar siyasi-diplomatik müstəvidə de-yure təsdiq olunması ilə tarixə düşdü. Ermənistanın baş naziri Azərbaycanın formalaşdırdığı sülh gündəliyində yer alan əsas məsələlər, Prezident İlham Əliyevin sülh təşəbbüsləri ilə parlament seçkilərinə qatılaraq qalib gəldi və üçüncü dəfə Ermənistan hökumətini formalaşdırdı. Məhz Azərbaycan Liderinin sülh səyləri və strateji baxışları sayəsində keçmiş münaqişə tərəfləri Ermənistan və Azərbaycan bir-birinə düşmən kimi yanaşmır. Tərəflər bir-birilərini gələcək potensial tərəfdaş kimi qəbul edirlər.