Menyu

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulacaq

Operativ Media
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulacaq

Kolumbiyanın yeni Prezidenti Abelardo de la Espriella ölkəsinin ABŞ tərəfindən yaradılmış “Amerika Qalxanı” alyansına qoşulacağını bəyan edib.

Operativ Media xəbər verir ki, dövlət başçısı avqustun 7-də keçirilən andiçmə mərasimindəki ilk çıxışında bu barədə danışıb: “Mərasimdən sonra icra edəcəyim ilk vəzifələrdən biri “Amerika Qalxanı” müqaviləsini imzalamaq olacaq. Bu təşəbbüs bizə güclü tərəflərimizi birləşdirməyə, strateji məlumat mübadiləsi aparmağa və milli, eləcə də regional təhlükəsizliyə yönələn təhdidləri aradan qaldırmaq üçün azad millətlərin kollektiv səylərini gücləndirməyə imkan verəcək”.

Prezident qərarını Kolumbiyanın digər dövlətlər kimi qlobal cinayətkar strukturlarla təkbaşına mübarizə apara bilməyəcəyi ilə əsaslandırıb. O, həmçinin əlavə edib ki, onun hökuməti dünyanın bütün ölkələri ilə qarşılıqlı hörmətə əsaslanan əlaqələri gücləndirəcək, mövcud azad ticarət müqavilələrini inkişaf etdirəcək və yenilərinin imzalanmasını təşviq edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər