Menyu

Paşinyan "Tramp marşrutu"nun praktiki tətbiqinə tezliklə başlanacağını elan edib

Şəfa Hüseynli
Paşinyan "Tramp marşrutu"nun praktiki tətbiqinə tezliklə başlanacağını elan edib
1 dəq oxu

Ermənistanın Baş naziri Nikol Paşinyan 8 avqust 2025-ci il tarixli Vaşinqton sammitinin ildönümü münasibətilə etdiyi çıxışında Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin praktiki olaraq həyata keçirilməsinə tezliklə başlanacağını elan edib.

Operativ Media xəbər verir ki,  bu barədə onun Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda keçirilən üçtərəfli görüşünün birinci ildönümü münasibətilə ünvanladığı müraciətində qeyd olunub.

"Vaşinqton Sülh Sammitinin ən vacib nəticələrindən biri TRIPP layihəsidir ki, bu layihə Ermənistan və Azərbaycanın bir-birini maneə kimi deyil, yol kimi, qonşu kimi qəbul etməsinə kömək edəcək. Biz tezliklə TRIPP layihəsinin praktiki icrasına başlayacağıq və bu, böyük regional və beynəlxalq tədbir olacaq", - deyə o bildirib.

Əlaqəli Xəbərlər