Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
Operativ Media
Biz Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan sülh yolu ilə həllinə tam dəstəyimizi bir daha təsdiqləyirik.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Qeyd edilib ki, Azərbaycan Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərinə və mehriban qonşuluq əlaqələrinə böyük önəm verir:
"Ölkəmiz iki dövlət arasında uzun illər ərzində formalaşmış əlaqələrin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək".
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma