Menyu

Fransa: Azərbaycan və Ermənistan sülh üçün mühüm və qətiyyətli addımlar atıb

Operativ Media
Fransa: Azərbaycan və Ermənistan sülh üçün mühüm və qətiyyətli addımlar atıb

Azərbaycan və Ermənistan son bir il ərzində sülhü hər iki ölkənin xalqları üçün hiss olunan reallığa çevirmək istiqamətində mühüm və qətiyyətli addımlar atıblar.

Operativ Media xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi Paskal Konfavrönün 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton sammitinin ildönümü ilə bağlı yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, 2026-cı il avqustun 8-də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş tarixi razılaşmanın birinci ildönümü qeyd edilir:

“Ötən il ərzində hər iki ölkənin hakimiyyət orqanları sülhü öz xalqları üçün hiss olunan reallığa çevirmək məqsədilə mühüm və cəsarətli addımlar atıblar”, – deyə Fransa XİN-in açıqlamasında vurğulanıb.

Paskal Konfavrön bildirib ki, Fransa Cənubi Qafqazın yenidən tamhüquqlu əməkdaşlıq məkanına və Avropa ilə Asiya arasında birləşdirici halqaya çevrilməsini istəyir.

Onun sözlərinə görə, bu proses Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və ratifikasiyası, dövlət sərhədlərinin açılması, eləcə də regional nəqliyyat əlaqələrinin inkişafı ilə davam etməlidir.

Fransa XİN rəsmisi əlavə edib ki, ölkəsi avropalı tərəfdaşları ilə birlikdə Azərbaycanın və Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etməklə sülh prosesinə fəal dəstəyini davam etdirəcək.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər