Menyu

Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə növbəti tranzit yük göndərilib

Operativ Media
Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə növbəti tranzit yük göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Operativ Media xəbər verir ki, 15 vaqondan ibarət çəkisi 1049 ton olan buğda və 10 vaqondan ibarət 700 ton daş kömür 8 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 37 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları göndərilib.

Eyni zamanda, indiyə qədər Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər