Menyu

"Mançester Siti" Əyyub Buaddi ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb

Operativ Media
"Mançester Siti" Əyyub Buaddi ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb
1 dəq oxu

Fransanın "Lill" klubunun və Mərakeş milli komandasının yarımmüdafiəçisi Əyyub Buaddi İngiltərənin "Mançester Siti" klubu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.

​Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

​Mənbənin bildirdiyinə görə, 18 yaşlı futbolçu bu yay "şəhərlilər"in heyətinə qoşulmaq niyyətindədir. Əvvəllər yarımüdafiəçinin Mançester təmsilçisinə 2027-ci ildə keçəcəyi variantı nəzərdən keçirilsə də, transfer tərəflər bütün detallar üzrə tam razılığa gələn kimi reallaşacaq.

​Qeyd edək ki, Buaddi 2025/2026-cı illər mövsümündə "Lill"in heyətində bütün turnirlər daxil olmaqla 42 oyuna çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub. Gənc futbolçu 2026-cı il dünya çempionatında Mərakeş seçməsinin heyətində 5 qarşılaşmada meydanda mübarizə aparıb. "Transfermarkt" portalı onun bazar dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Əlaqəli Xəbərlər