Menyu

İlham Əliyev və Nikol Paşinyan birlikdə Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər

Operativ Media
İlham Əliyev və Nikol Paşinyan birlikdə Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan, ABŞ və Ermənistanın Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı yaydığı birgə Birgə Bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, bu addım sülhün təmin olunması istiqamətində görülən tarixi və mühüm işlərə verilən yüksək qiymətin ifadəsidir.

"Bu birinci ildönümdə ölkələrimizin birlikdə əldə etdiyi nailiyyətlərə görə dərin qürur hissi keçirir və onilliklər boyu davam etmiş münaqişəyə son qoyan, Cənubi Qafqazı daha firavan gələcəyə doğru aparan bu təməl üzərində irəliləmək əzmindəyik. Sülhün təmin olunması istiqamətində bu tarixi və mühüm səylərə verilən yüksək qiymətin ifadəsi olaraq Prezident Əliyev və baş nazir Paşinyan birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər", - bəyanatda bildirilib.

Xatırladaq ki, ötən il Ağ Evdə keçirilən görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi paraflanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər