Balogunun “Everton”a transferi baş tutmadı
ABŞ millisinin hücumçusu Folarin Balogunun “Monako”dan “Everton”a transferi baş tutmayıb.
Operativ Media xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Məlumata görə, tərəflər 25 yaşlı futbolçunun keçidi ilə bağlı çərşənbə axşamı razılığa gəlsələr də, tibbi müayinə zamanı problemlər ortaya çıxıb. Bundan sonra İngiltərə klubu transferin şərtlərinə yenidən baxıb və danışıqları davam etdirib.
Lakin yekunda Balogunun özü keçiddən imtina etmək qərarına gəlib.
Amerikalı futbolçunun “Monako” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 50 milyon avro qiymətləndirir.
Balogun ötən mövsüm bütün turnirlərdə 43 matçda iştirak edib, 19 qol vurub və 5 məhsuldar ötürmə edib. O, 2026-cı il dünya çempionatında isə 4 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
dəqiqələr içində saytın olsun.