Menyu

Əraqçi: ABŞ öhdəliklərinə əməl etsə, Yaxın Şərqdə vəziyyət normallaşa bilər

Nicat Hüseynli
Əraqçi: ABŞ öhdəliklərinə əməl etsə, Yaxın Şərqdə vəziyyət normallaşa bilər
1 dəq oxu

ABŞ-nin İslamabad Anlaşma Memorandumuna əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi Yaxın Şərqdə vəziyyətin normallaşmasına töhfə verə bilər.

Operativ Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə telefon danışığı zamanı bildirib.

Əraqçi qeyd edib ki, ABŞ-nin öz öhdəliklərini yerinə yetirməyə və İslamabad Anlaşma Memorandumunda imzaladığı sənədə hörmətlə yanaşmağa qayıtması vəziyyətin normallaşması üçün şərait yarada bilər.

İranın xarici işlər naziri həll yolunun sadə olduğunu vurğulayıb.

Əlaqəli Xəbərlər