Menyu

Bakı, Naxçıvan və Gəncə hava limanları 8 ayda 5,7 milyondan çox sərnişinə xidmət göstərib

Operativ Media
Bakı, Naxçıvan və Gəncə hava limanları 8 ayda 5,7 milyondan çox sərnişinə xidmət göstərib

2026-cı ilin yanvar–avqust aylarında Bakı, Naxçıvan və Gəncə hava limanları birlikdə 5,7 milyondan çox sərnişinə xidmət göstərib, 46 mindən çox uçuş həyata keçirib.

Bu barədə Operativ Media-ya Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Üç hava limanı üzrə ümumi sərnişin dövriyyəsi 2025-ci ilin eyni dövründəki səviyyəni qoruyub, uçuşların sayı isə 1,5% artıb.

Sərnişin axınının əsas hissəsi Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb. Belə ki, 2026-cı ilin yanvar–avqust aylarında Bakı aeroportu 4,9 milyondan çox sərnişinə xidmət göstərib və 39,525 uçuş həyata keçirib.

Bakı aeroportunda ən diqqətçəkən dinamika transfer sərnişinləri üzrə qeydə alınıb. Yanvar–avqust aylarında transfer sərnişinlərinin sayı 373,733 nəfərə çataraq 2025-ci ilin eyni dövrü ilə müqayisədə 34% artıb.

İlin ilk səkkiz ayı üzrə ən yüksək sutkalıq sərnişin göstəricisi 15 avqust 2026-cı il tarixində qeydə alınıb. Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda 31,360 sərnişinə xidmət göstərilib və 233 uçuş həyata keçirilib.

Regional hava limanlarında da artım dinamikası davam edib. Naxçıvan Beynəlxalq Hava Limanı 2026-cı ilin yanvar–avqust aylarında 574 min sərnişinə xidmət göstərib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,7% artıb. Hava limanında eyni dövrdə 5,692 uçuş həyata keçirilib və uçuşların sayı illik müqayisədə 11,7% yüksəlib.

Gəncə Beynəlxalq Hava Limanında isə 2026-cı ilin ilk səkkiz ayında 147 min sərnişinə xidmət göstərilib və 1,107 uçuş həyata keçirilib. 2025-ci ilin yanvar–avqust ayları ilə müqayisədə sərnişinlərin sayı 4,9%, uçuşların sayı isə 2,1% artıb.

Regionda davam edən geosiyasi qeyri-müəyyənlik və hava nəqliyyatına təsir edən dəyişikliklər fonunda ümumi sərnişin axınının 2025-ci ilin eyni dövründəki səviyyəni qoruması, transfer və regional daşımalar üzrə isə artımın davam etməsi sərnişin tələbatının dayanıqlığını göstərir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər