Yalçın Rəfiyev: Dayanıqlı gələcəyin qurulmasında gənclərin ideyalarında fəal istifadə olunmalıdır
Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənclərin iqlim dəyişikliyi ilə mübarizədəki rolu müzakirə olunub.
Operativ Media xəbər verir ki, tədbirdə çıxış edən xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib ki, gənclər iqlim mövzusunda yalnız müzakirələrdə deyil, qərarların icrasında da mərkəzi mövqe tutmalıdırlar.
Yalçın Rəfiyev vurğulayıb ki, uşaq və gənclər iqlim problemlərinin yaranmasında ən az məsuliyyət daşısalar da, onun mənfi fəsadlarından daha çox əziyyət çəkirlər. Bu səbəbdən onların bilik, innovativ ideya və enerjisindən dayanıqlı gələcəyin qurulmasında fəal istifadə olunmalıdır.
Nazir müavininin sözlərinə görə, Azərbaycan COP29 sədrliyi dövründə gənclərin səsinin qlobal səviyyədə eşidilməsi üçün böyük şərait yaradıb. Ölkə bu fəaliyyətini növbəti dövrdə də davam etdirir. Hazırda Azərbaycan COP31-ə hazırlıq prosesi çərçivəsində Türkiyə, Braziliya və Avstraliya ilə birgə işləyir və gənclərin təkliflərini nəzərə alır.
Çıxışın sonunda Y. Rəfiyev beynəlxalq tərəfdaşları gənclərə qərarların qəbulunda real imkanlar yaratmağa çağırıb.
dəqiqələr içində saytın olsun.