Menyu

Çin süni intellektdən sui-istifadəyə görə cəzalar tətbiq edir

Şəfa Hüseynli
Çin süni intellektdən sui-istifadəyə görə cəzalar tətbiq edir

Çin Ali Xalq Məhkəməsi məhkəmə təcrübəsini birləşdirməyə və süni intellekt sənayesi üçün tənzimləyici çərçivə yaratmağa yönəlmiş siyasət sənədi olan "Süni intellektlə bağlı mübahisələrin həlli ilə bağlı rəylər"i dərc edib.

Operativ Media xəbər verir ki, bu barədə Ali Xalq Məclisinin sədr müavini Tao Kaiyuan qeyd edib.

Sənədin qəbul edilməsi texnoloji innovasiyaların təşviqi ilə qanun və qaydanın, təhlükəsizliyin və rəqəmsal dövrdə vətəndaşların şəxsi hüquqlarının qorunması arasında tarazlığı təmin etmək məqsədi daşıyır.

Beş bölmə və 24 maddədən ibarət olan rəylər, Çinin ən yüksək məhkəmə orqanı tərəfindən verilən süni intellektlə bağlı məhkəmə prosesləri üçün ilk ixtisaslaşmış qaydalar toplusudur.

Sənəddə virtual şəkillərin icazəsiz yaradılması, üz dəyişdirilməsi, səs sintezi və mərhumun şəxsi məlumatlarının istifadəsinə birbaşa qadağa qoyulur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər