Menyu

Fars körfəzi ölkələri vahid turist vizasını istifadəyə verəcək

Operativ Media
Fars körfəzi ölkələri vahid turist vizasını istifadəyə verəcək
1 dəq oxu

Fars Körfəzi Əməkdaşlıq Şurasının (KƏŞ) altı ölkəsi yaxın gələcəkdə vahid turist vizası layihəsini istifadəyə verəcək.

Operativ Media xəbər verir ki, bu barədə KƏŞ-in Baş katibi Casem Məhəmməd Əl-Budeyvi bildirib.

Onun sözlərinə görə, layihə “yaxın gələcəkdə” həyata keçiriləcək və vahid turist vizası xarici vətəndaşların region ölkələri arasında səyahətini asanlaşdıracaq.

O qeyd edib ki, yeni viza sistemi Şengen vizasına bənzər olacaq.

Əlaqəli Xəbərlər