Azərbaycan və Əlcəzair arasında Birgə Komissiyanın ilk iclasına hazırlıq məsələləri müzakirə edilib
Operativ Media
Azərbaycan energetika naziri Pərviz Şahbazov və Əlcəzairin dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib.
"Ölkələrimiz arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiya|nın ilk iclasına hazırlıq məsələlərini müzakirə etdik. Karbohidrogen sektorunda və OPEC+ çərçivəsində mövcud tərəfdaşlıqla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, eləcə də ticarət, kənd təsərrüfatı, sənaye, əczaçılıq və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma