İpoteka və Kredit Zəmanət Fondunun yeni sədri kollektivə təqdim edilib
Prezident İlham Əliyevin 7 sentyabr 2026-cı il tarixli sərəncamı ilə İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuş Osman Xaliyev kollektivə təqdim edilib.
Operativ Media xəbər verir ki, təqdimatı Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov edib.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov yeni sədri kollektivə təqdim edərək fəaliyyətlərini şəffaf və müasir idarəetmə səviyyələrində qurmaqla əhalinin mənzillərə əlçatanlığının artırılması istiqamətində işlərin təkmilləşdirilməsi ilə əlaqədar dövlət başçısının tapşırıq və tövsiyələrini çatdıraraq yeni rəhbərliyə və kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
dəqiqələr içində saytın olsun.