Xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldadan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abbasov Tural Bəhəddin oğlunun qanunsuz əməllərinə dair cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Bu barədə Operativ Media-ya Baş Prokurorluqdan məlumat verilib.
İbtidai istintaqla Tural Abbasovun özünü “Mannhaim Travel” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi təqdim edərək xarici ölkələrdə işlə təmin edəcəyi və digər yalan vədlərlə çoxsaylı şəxsləri aldatmaqla onların müxtəlif məbləğlərdə pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə və rəsmi sənədləri istifadə etmək məqsədilə saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Tural Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
İş üzrə müəyyən edilmiş maddi ziyanın qismən ödənilməsi təmin olunaraq, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
dəqiqələr içində saytın olsun.