Menyu

Tellur Mütəllimov: “Onlarla “PlayStation”da oynamışıq, indi isə meydanda qarşılaşacağıq”

Operativ Media
Tellur Mütəllimov: “Onlarla “PlayStation”da oynamışıq, indi isə meydanda qarşılaşacağıq”

“Sabah”ın futbolçusu Tellur Mütəllimov UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində “Barselona” ilə keçirəcəkləri matç barədə danışıb.

Operativ Media xəbər verir ki, yarımmüdafiəçi Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibəsində Çempionlar Liqasında çıxış etməyin hər bir futbolçunun arzusu olduğunu və qarşıdakı matçın onlar üçün həyəcanlı keçəcəyini deyib:

“Çempionlar Liqasında oynamaq, əlbəttə ki, hər bir futbolçunun xəyalıdır. Bura gələnə qədər çox əziyyət çəkmişik. Qarşımızda həqiqətən də güclü, böyük futbolçuları olan bir komanda var. Sadəcə istəyirik ki, özümüzü göstərək və orada yaxşı nəticə əldə edək.

Amma "Barselona" ilə oyunda həyəcanın çox olacağını düşünürəm. Çünki həm öz azarkeşlərimizin qarşısında oynayacağıq, həm də onları burada qəbul edib yaxşı nəticə qazanmaq bizim üçün çox xoş olardı.

"PlayStation"da onlarla oynamışıq, lakin hələ gəlib belə böyük səviyyədə qarşı-qarşıya oynamamışıq. Görək, indi həmin hiss necə olacaq. İndidən deyə bilərəm ki, həyəcan faktoru olacaq. "PlayStation"da oynayırsan, amma bir-iki gün sonra düşünürsən ki, artıq həmin futbolçularla meydanda qarşı-qarşıya gələcəksən.

“Qarabağ”ın oyunlarına baxırdıq. Orada özümüzə belə bir sual verirdik: Görəsən, nə vaxtsa biz də Çempionlar Liqasında oynaya bilərikmi? Mən də özüm üçün belə düşünürdüm ki, nə vaxtsa orada oynaya bilərəmmi? İki il bundan əvvəl xəyal etdiyim bir şeyin iki il sonra gerçəkləşməsi mənim üçün çox xüsusi hissdir”.

Qeyd edək ki, "Sabah" - "Barselona" görüşü noyabrın 25-də, Bakı vaxtı ilə saat 21:45-də keçiriləcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər