Menyu

Azərbaycan və Çin neft sənayesində birgə imkanları qiymətləndirib - ƏLAVƏ OLUNUB

Nərmin Qocamanlı
Azərbaycan və Çin neft sənayesində birgə imkanları qiymətləndirib - ƏLAVƏ OLUNUB

Çinin CC7 şirkəti ilə mövcud layihələrin cari vəziyyəti, növbəti mərhələlərin icrası və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, nazir Mikayıl Cabbarov Çinin “China National Chemical Engineering & Construction Corporation Seven” (CC7) şirkətinin İdarə Heyətinin sədri Lunq Xayyang ilə görüşüb.

Görüşdə Azərbaycanda və üçüncü ölkələrdə neft və neft-kimya sənayesində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Mövcud layihələrin cari vəziyyəti, növbəti mərhələlərin icrası və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. Tərəfdaş şirkətlər və maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

***



İqtisadiyyat naziri Mikayıl Cabbarov “China National Chemical Engineering and Construction Corporation Seven” (CC7) şirkətinin İdarə Heyətinin sədri Lunq Xayyanq ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə nazir öz "X" sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, görüşdə Azərbaycanda və üçüncü ölkələrdə neft və neft-kimya sənayesində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Həmçinin mövcud layihələrin cari vəziyyəti və növbəti mərhələlər üzrə görülən işlər nəzərdən keçirilib. Bu istiqamətdə tərəfdaş şirkətlər və maliyyə institutları ilə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər