Menyu

Şəmkirdə istixanada yanğın olub

Operativ Media
Şəmkirdə istixanada yanğın olub
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Zəyəm qəsəbəsində vətəndaşa məxsus istixanada yanğın baş verməsi barədə məlumat daxil olub.

Operativ Media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

İstixana ərazisində plastik tullantılar yığılan sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikili və istixana yanğından mühafizə olunub.

Əlaqəli Xəbərlər