Menyu

Türkiyədə 7 FETÖ şübhəlisi saxlanılıb

Operativ Media
Türkiyədə 7 FETÖ şübhəlisi saxlanılıb
1 dəq oxu

Türkiyənin Muğla vilayətində xaricə qaçmağa cəhd edən 9 "Fətullahçı" Terror Təşkilatı (FETÖ) şübhəlisindən 7-si həbs edilib.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilir ki, onlar Sahil Mühafizəsi Komandanlığının əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat zamanı qayıqda 40 080 avro, 200 ABŞ dolları, 4 752 türk lirəsi və 3 saxta Belçika şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülüb, qayıq isə müsadirə edilib.

Əlaqəli Xəbərlər