Menyu

Tusk: Rusiya Polşa sərhədinə zərbə endirə bilər

Operativ Media
Tusk: Rusiya Polşa sərhədinə zərbə endirə bilər
1 dəq oxu

Rusiya tezliklə Ukrayna-Polşa sərhədindəki keçid məntəqələrinə hücum edə bilər.

Operativ Media xəbər verir ki, bu barədə  Polşanın Baş naziri Donald Tusk açıqlama verib.

O, rusların Odessa bölgəsində Ukrayna və Moldova arasında sərhəd keçid məntəqələrinə hücumlarını nümunə göstərib.

Tusk bildirib ki, Rusiyanın kütləvi hücumu zamanı Ukrayna və Polşa xidmətlərinin əməkdaşlığı sayəsində sərhəd keçid məntəqələrindən birinə birbaşa təhlükə aradan qaldırılıb.

Polşa rəsmisi rusların Polşa-Ukrayna sərhədindəki sərhəd keçid məntəqələrinə hücuma cəhd edəcəyinə əminliyini ifadə edib.

Əlaqəli Xəbərlər