Menyu

İran və Pakistan rəsmiləri arasında telefon danışığı olub

Operativ Media
İran və Pakistan rəsmiləri arasında telefon danışığı olub
1 dəq oxu

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə Pakistan Ordusunun komandanı, feldmarşal Asim Münir arasında telefon danışığı baş tutub.

Operativ Media xəbər verir ki, tərəflər telefon danışığı zamanı regiondakı son hadisələri, artan gərginliyi və təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

Rəsmilər həmçinin region ölkələrinin baş verən proseslərlə bağlı ayıq-sayıq və əlaqələndirilmiş fəaliyyət göstərməsinin vacibliyini qeyd ediblər.

Danışıq zamanı regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına töhfə vermək üçün mövcud imkanlardan birgə istifadə edilməsinin əhəmiyyəti vurğulanıb.

Əlaqəli Xəbərlər