Menyu

Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır

Operativ Media
Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
1 dəq oxu

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələri ilə birlikdə Qarabağa 22-ci səfərini etdiklərini bildirib.

Operativ Media xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib.

“Son altı il ərzində Qarabağ və Şərqi Zəngəzurda gözlərimiz önündə baş verən diqqətəlayiq və nümunəvi transformasiyanın şahidi olmuşuq. Bu gün bu torpaqlar əsl intibah dövrünü yaşayır”, – paylaşımda qeyd olunub.

Hikmət Hacıyev bildirib ki, hər səfər zamanı yenidənqurma və inkişaf sahəsində yeni nailiyyətlər, eləcə də bu ərazilərə həyatın tədricən qayıtması müşahidə olunur.

Əlaqəli Xəbərlər