Menyu

Abşeronda oğurluq edən 5 nəfər saxlanılıb

Operativ Media
Abşeronda oğurluq edən 5 nəfər saxlanılıb
1 dəq oxu

Abşeron rayonu ərazisində evlərdən mühərrik, naqil və məişət əşyaları, mobil telefonlar və 2 ədəd velosiped oğurlanıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən V.İsmayılov, S.Kərimov, Ş.Eyvazov, H.Həziyev və M.Əliyev müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər