Menyu

Ebola Şərqi Konqoda episentrdən kənara yayılır

Nicat Hüseynli
Ebola Şərqi Konqoda episentrdən kənara yayılır
1 dəq oxu

Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (Afrika CDC) Ebola virusunun Şərqi Konqodakı əsas yayılma ocağından kənara sürətlə yayıldığını bildirib.

Operativ Media xəbər verir ki, bu barədə "WAM" agentliyi məlumat yayıb.

Epidemiyanın episentri olan İturi əyalətində yoluxma və ölüm hallarının sayı azalsa da, qonşu Şimali Kivu və Yuxarı Uele əyalətlərində artım qeydə alınıb.

Məlumata görə, ölkədə 6 843 yoluxma və 3 310 ölüm halı qeydə alınıb. İturi 5 400-dən çox yoluxma ilə ən çox zərər çəkən əyalət olaraq qalır. Şimali Kivuda isə may ayından etibarən 1 000-dən çox yoluxma aşkarlanıb.

Əlaqəli Xəbərlər