Menyu

Türkiyədə məktəblərə silahlı basqın planlaşdıran 27 nəfər saxlanılıb

Nicat Hüseynli
Türkiyədə məktəblərə silahlı basqın planlaşdıran 27 nəfər saxlanılıb

Türkiyədə “C31K” adlı yeni nəsil cinayətkar təşkilata qarşı Ankarada daxil olmaqla 22 vilayətdə keçirilən əməliyyat zamanı 27 şübhəli saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə "Yeni Şafak" məlumat yayıb.

Ankara Baş Prokurorluğunun koordinasiyası ilə aparılan araşdırma zamanı təşkilat üzvlərinin müxtəlif sosial media və rabitə platformalarında cinayət tərkibli paylaşımlar etdiyi müəyyənləşdirilib.

İstintaq çərçivəsində şübhəlilərin yeni tədris ilinin açılışı zamanı üç fərqli vilayətdə yerləşən üç məktəbə silahlı basqın hazırlığında olduqlarına dair paylaşımlar etdiyi də aşkarlanıb.

Ümumilikdə 32 şübhəli barəsində həbs qərarı çıxarılıb. Onlardan 19-nun hüquqi məsuliyyət yaşında olan uşaqlar olduğu bildirilib.

Əməliyyat zamanı şübhəlilərin ünvanlarında axtarışlar aparılıb, rəqəmsal materiallar müsadirə edilərək araşdırılması üçün götürülüb. Digər 5 şübhəlinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər