Menyu

M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Şəfa Hüseynli
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Metro xətlərinin ayrılması ilə əlaqədar sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə aparılmış təhlillərə əsasən, AYNA-nın dəstəkləyici tədbirləri çərçivəsində daha bir ekspres marşrut xətti təşkil edilir.

Bu barədə Operativ Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Metronun "Elmlər Akademiyası" və "Nizami" stansiyalarıdan "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli" və "Həzi Aslanov" stansiyaları istiqamətində artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 13-dən M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.

Avtobusların "Elmlər Akademiyası" metrostansiyasındakı dayanacağı Hüseyn Cavid prospekti, “Həzi Aslanov” metrostansiyasında isə Məhəmməd Hadi küçəsi, metronun qarşısı təyin edilib.

Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək təşkil ediləcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər