ADPU-nun Strateji İnkişaf Mərkəzi “Baş mütəxəssis” axtarır - VAKANSİYA
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji İnkişaf Mərkəzi “Baş mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edib.
Operativ Media xəbər verir ki, Strateji İnkişaf Mərkəzi universitetin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, strateji planlaşdırma və monitorinq, analitik fəaliyyət, innovasiya və tədqiqat təşəbbüslərinin koordinasiyası istiqamətində fəaliyyət göstərir.
Vakansiya çərçivəsində namizərin universitetin strateji planlaşdırma, inkişaf və analitik fəaliyyətlərinə dəstək göstərməsi, innovativ layihələrin təşəbbüskarı olması və onların icrasına rəhbərlik etməsi nəzərdə tutulur. Həmçinin müxtəlif istiqamətlər üzrə tədqiqat və sorğuların hazırlanması, nəticələrin təhlili və hesabatların tərtib edilməsi, analitik hesabat və təqdimatların hazırlanmasında iştirak, məlumat bazalarının yenilənməsi və sistemləşdirilməsi əsas vəzifələr sırasındadır.
Namizədə ali təhsil, magistratura səviyyəsində təhsil və minimum 3 il müvafiq iş təcrübəsi tələbi qoyulub. İdarəetmə, iqtisadiyyat, təhsil, siyasət, beynəlxalq münasibətlər və digər uyğun ixtisaslar üzrə təhsil alan namizədlərə üstünlük veriləcək.
Namizədlərdən Azərbaycan dilini mükəmməl bilmək, ingilis dilinə üstünlük verilməsi, analitik düşünmə, tədqiqat aparmaq və mətn və hesabat hazırlamaq bacarığı tələb olunur. Bundan əlavə, MS Office və ya Google Workspace proqramlarından sərbəst istifadə, komanda ilə işləmək, məsuliyyətlilik, dəqiqlik və vaxtın düzgün idarə olunması bacarıqları da namizədə qoyulan əsas tələblərdəndir.
Vakansiya üzrə iş yeri ADPU-nun V tədris binasında – ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində (Bakı şəhəri, Fətəli Xan Xoyski küçəsi 109) yerləşir. İş qrafiki bazar ertəsi–cümə günləri, saat 09:00-dan 18:00-dəkdir. Əməkhaqqı ştat cədvəlinə uyğun müəyyənləşdiriləcək.
Namizədlər CV-lərini “Strateji İnkişaf Mərkəzi – Baş mütəxəssis” başlığı ilə strateji.inkishaf@adpu.edu.az elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiya üzrə son müraciət tarixi 21 sentyabr 2026-cı il, saat 18:00-dır.

dəqiqələr içində saytın olsun.