Menyu

"Sumqayıt" yeni transferini açıqlayıb

Operativ Media
"Sumqayıt" yeni transferini açıqlayıb
1 dəq oxu

2026/27 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunun keçidini reallaşdırıb.

Operativ Media xəbər verir ki, "kimyaçılar" son olaraq Fransanın “Qrenobl” komandasında çıxış etmiş Mamadi Banqre ilə 1+2 illik müqavilə imzalayıb. 25 yaşlı vinger “11” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Mamadi Banqre Fransanın “Tuluza” komandasının yetirməsidir. O, karyerası ərzində “Tuluza” ilə yanaşı “Trua”, “Pau”, “Qrenobl” kimi komandaların şərəfini qoruyub. Banqre həmçinin vətəni olan Burkina Faso millisində 9 oyun keçirib.

Əlaqəli Xəbərlər