Menyu

Trampın sərvəti 2024-cü ildən sonra 2,7 milyard dollar artıb

Operativ Media
Trampın sərvəti 2024-cü ildən sonra 2,7 milyard dollar artıb
1 dəq oxu

ABŞ Prezidenti Donald Trampın sərvəti 7 milyard dollar təşkil edir ki, bu da onun 2024-cü il prezident seçkilərində qələbə qazandığı dövrlə müqayisədə 2,7 milyard dollar çoxdur.

Operativ Media xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

"Son hesablamalarımıza görə, sentyabr ayında yenilənmiş məlumatlar əsasında Trampın sərvəti 7 milyard dollar təşkil edir. Prezident 2024-cü il seçkilərində qalib gəldiyi vaxtla müqayisədə təxminən 2,7 milyard dollar varlanıb", – deyə "Forbes" bildirib.

Vurğulanıb ki, ABŞ prezidenti sərvətini əsasən xarici şirkətlərlə bağladığı sövdələşmələr və kriptovalyuta sahəsindəki fəaliyyəti hesabına artırıb.

"Forbes" qeyd edib ki, ABŞ tarixində heç kim siyasətdən bu qədər böyük məbləğdə gəlir əldə etməyib.

Əlaqəli Xəbərlər